Qadınların fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur AÇIQLAMA

“Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dünyada öz sözü olan lider dövlətlərdən birinə çevirib. Məhz buna görə də dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan xalqının seçimidir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycan qadını özünü heç vaxt görülən işlərdən kənarda hiss etməyib: “Qadınlarımız müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən, Azərbaycanda qadının fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur. Qadınların belə fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur. Qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. Qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə