Oğuz
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 23-də rayonun Xalxal, Ərmənət və Xalxalqışlaq kəndlərində seçicilərlə görüş keçirib.
YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov görüşdə çıxış edərək bildirib ki, oğuzlular Yeni Azərbaycan Partiyasının namizədinə - Cənab İlham Əliyevə səs verəcəklər:«Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı Cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. Bütün bunlara rəğmən, YAP-ın namizədi Cənab İlham Əliyev oğuzluların alternativsiz namizədidir».
Görüşdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin üzvləri Emin Əzimli, Mehman Ramazanov, Rövşən Ağababayev YAP-ın namizədi Cənab İlham Əliyevin siyasi fəaliyyətindən, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan aparılan quruculuq-abadlıq işlərindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilib. Çıxış edənlər seçiciləri xalqımızı uğurlu sabahlara aparan İlham Əliyev siyasətinə səs verməyə çağırdılar.
Çıxış edən seçicilər Nəriman Ramazanov və Eyvaz Hüseynov kənd sakinləri adından bildiriblər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görə də hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəcəklərini vurğulayıblar. Çoxsaylı seçicilərin iştirak etdiyi görüşlərdə seçicilər yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Ağcabədi
Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində təşəbbüs qrupu üzvlərinin seçicilərlə görüşü davam edir. Martın 23-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində təşviqat qrupunun üzvləri ilə seçicilərin növbəti görüşü keçirilib.
Görüşü Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov açaraq, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri barədə məlumat verib. N.Bünyatov prezidentliyə namizəd İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib. Qeyd edib ki, 2003-2018-ci illərdə İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü işlər göz qabağındadır. Bu illər Azərbaycan çox böyük tarixi hərtərəfli inkişafa nail olub.Qarşıda isə yeni hədəflərin nəzərdə tutulduğu möhtəşəm vəzifələr dayanır:«Biz növbəti seçkilərə də «İlhamla irəli» şüarı ilə gedirik «Ölkənin inkişafı, insanların rifahı naminə» devizi Prezidentliyə namizəd İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, əhalinin maddi rifah halı yüksəlmiş, Respublikamız beynəlxalq tədbirlərə və möhtəşəm idman yarışlarının keçirildiyi bir ölkəyə çevrilmişdir. Məhz buna görə də biz inanırıq ki, siz seçicilər, bütövlükdə xalqımız bu xidmətlərinə görə yenidən İlham Əliyevə səs verəcəklər».
Görüşdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon şöbəsinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov çıxış edərək, 2003-2018-ci illərdə ölkədə bərqərar olan iqtisadi yüksəliş, regionların iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi, Ümumidaxili məhsulun və ölkənin valyuta ehtiyatın artması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatının və sənayenin inkişafı barədə öz fikirlərini bölüşərək, bu nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlərinə görə seçiciləri İlham Əliyevə səs verməyə səslədilər.
Görüşdə seçicilər adından Zahid Cəfərov, Novruz Yusifov, Məhəmməd Həsənov, Elşən Quliyev çıxış edərək, xalqın rifahı və ölkənin inkişafə naminə gördüyü böyük işlərə görə seçki məntəqələrinə gələrək İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bəyan ediblər.
SİYƏZƏN
Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov və YAP Siyəzən rayon təşkilatı sədrinin müavini Mircəlal Kazımzadə iştirak etdilər.
KÜRDƏMİR
23 mart 2018-ci il tarixdə YAP Kürdəmir rayon təşkilatının Mərkəzi Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvləri Mədəniyyət Evində rayon gənclərinin fəal nümayəndələri ilə görüş keçiriblər. Gənc fəallarla görüşdə Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrasturuktur layihələrinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə qazandığı sabit, demokratik ölkə imicini daha da möhkəmləndirir. “Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb”-deyə qeyd edən A.Kərimli hər kəsi seçki günü YAP-ın namizədinə səs verməyə çağırıb: “Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək, gələcəyə yeni imkanlar açacaqdır. Ona görə 11 apreldə hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasnın namizədi Prezident İlham Əliyevi dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik”.
Çıxış edən təbliğat qrupunun üzvləri Namiq Tarverdiyev, Samir Nuriyev Azərbaycan dövlətinin son 15 ildə atdığı uğurlu addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirərək, son illər Cənab İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoymuş, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldıldığını deyiblər. Onlar regionlarn sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində ölkəmizin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırdılar. “Biz gənclər hər zaman Prezidentimizi dəstəkləmişik və aprelin 11-də bir daha dəstəkləyərək “İlhamla irəli” şüarı altında Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacağıq, alternativsiz namizədimiz Cənab İlham Əliyevə səs verəcəyik!”.
ZƏRDAB
Zərdab rayonunda Yeni Azərbaycan Partiyasının seçkiqabağı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Belə ki, martın 23-də prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Əlvənd və Otmanoba kəndlərində seçicilərlə görüşlər keçirilib. Seçicilərlə görüşü Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 15 ilə yaxın müddətdə ölkəmizdə gedən hərtərəfli inkişaf barədə ətraflı söhbət aparıb, ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması, bütün sahələrdə gedən islahatlar, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər və digər vacib məsələlər barədə əsas məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb. Cənab İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında Onun böyük rolu, liderliyi, diqqət və qayğısı barədə danışan P.Mahmudova seçiciləri 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb. “Bizim bir alternativsiz namizədimiz var, o da Cənab İlham Əliyevdir!”-deyə qeyd edən YAP Zərdab rayon təşkilatının sədri eyni zamanda seçiciləri fəal olmağa səsləyib.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Zabit Davudov, Ruslan Nemətov, Vəfa Bayramova, Mübariz Umarov Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu barədə söhbət açaraq, aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri partiyanın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlərdə çıxış edən seçicilər - kənd sakinləri də öz növbələrində artıq seçimlərini etdiklərini və Cənab İlham Əliyevə səs verəcəklərini, bütövlükdə zərdablıların Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini xüsusilə vurğulayıblar.
UCAR
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin Ucar rayonunda Təbliğat-təşviqat kampaniyasını uğurla davam edir. Martın 23-də Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının təşkilatçılığı ilə rayonun Ramal kəndində “İlhamla irəli” şüarı altında mitinq keçirilib. 11 Aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinə həsr olunmuş mitinqi giriş sözü ilə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq, son 15 ildə Azərbaycanda əldə edilən bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev siyasətinin və bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyev Cənablarının mütərəqqi fəaliyyətinin dayandığını vurğulayıb və əminliklə qeyd edib ki, daha öncəki seçkilərdə olduğu kimi Ucar rayonunun əksər seçiciləri məhz Cənab İlham Əliyevi dəstəkləyərək, seçki günü Ona səs verəcəklər.
Təbliğat qrupunun üzvüləri Alı Babayev və Rahib Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarının rəhbərliyi altında 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı mötəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Seçicilər adından Şahlıq kənd sakini Arif Əhmədov, Ramal kənd sakinləri Züleyxa Qurbanova, Könül Məmmədova və Əlikənd kənd sakini Azadə Xəlilova çıxış edərək ötən 15 ildə İlham Əliyev cənablarının hər bir Azərbaycanlının prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan etdilər.
Mitinqdə iştirak edən gənclər qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə “İlhamla İrəli” şüarını səsləndirərək, 11 Aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırışlar etdilər.
Mitinqin sonunda Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bir daha seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb və “İlhamla irəli” şüarının ölkəmizi növbəti qələbələrə doğru aparacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə