Qəbələdə "İlhamla irəli" şüarı ilə xalq "HƏ" deyir

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq, 116 saylı Qəbələ seçki dairəsinin, 42 saylı Kürd seçki məntəqəsinin və 117 saylı Oğuz-Qəbələ seçki dirəsinin 49 saylı Həmzəlli kənd seçki məntəqəsinin ərazisində seçicilərlə görüş keçirilib. Görüşlərdə, Qaradeyn, Xırxatala və Cığatelli kəndindən, ümumilikdə 535 nəfər seçici iştirak edib. Tədbir böyük ruh yüksəkliyi ilə təşkil edilib.

Seçicilərlə keçirilən bu tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin təbliğatçılardan Abil Ağasəfov, Qüdrət Səmədov, Arifə Bayramova və Ümüdvar Həsənov seçicilər qarşısında Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin seçki proqramı ətrafında geniş çıxış ediblər, ölkəmizin daxili və xarici siyasətindən, eləcə də, gələcəkdə həyata keçiriləcək işlərdən danışıblar.

Görüşlər zamanı seçicilər, birmənalı olaraq, Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə