QAX
Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qum, Çinarlı, Süskənd, Fıstıqlı kəndlərinin seçicilərlə görüş keçirilib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Qax rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri iştirak ediblər. Təbliğat qrupunun üzvlərindən Əlövsət Bayramov, Soltan Camalov seçicilər qarşısında çıxış edərək, indiyədək keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının parlaq qələbələrindən danışıb. Qeyd olunub ki, xalqımız Prezident İlham Əliyevi apardığı daxili və xarici siyasəti dəstəkləyir. Bildirilib ki, dövlət başçısının dövlətçiliyin müdafiəsi və inkişafı naminə atdığı hər bir addım vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Prezidentimiz İlham Əliyevin Azərbaycanın dövlətçilik maraqlarının beynəlxalq səviyyədə təmin edilməsinə yönələn uğurlu siyasəti ona beynəlxalq aləmdə də böyük nüfuz gətirir. Bu gün Azərbaycan vətəndaşı bilir ki, dövlət maraqları etibarlı bir Şəxsiyyət tərəfindən qorunur. Prezident Cənab İlham Əliyev Azərbaycan dövlətçiliyini daha çox inkişaf etdirəcəyinə və dövlət maraqlarımızı yüksək səviyyədə müdafiə edəcəyinə söz vermişdir və yürütdüyü siyasət ilə bunu parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan xalqının və dövlətinin maraqlarını, milli təhlükəsizliyini hər şeydən uca tutan bir Azərbaycan oğlu yalnız alqışlara layiqdir.
Tədbirdə çıxış edən kənd sakinlərindən Şamxalov Kamil, Novruzova Gülbahar, Məmmədov Bayram və başqaları, Cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bildirib və qeyd ediblər ki, 11 apreldə seçimləri, mövqeləri bəllidir, onlar yekdilliklə gələcəyə - İlham Əliyevə səs verəcəklər.

QUSAR
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin təbliğat-təşviqat qrupu 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin təbliğat kampaniyası çərçivəsində rayonun Samur qəsəbəsi, Şirvanovka, Kuf oba, Saləh oba və Qarat oba kənd seçiciləri ilə görüşlər keçirib.
Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin sədri David İbramxəlilov prezident seçkilərinin hər bir dövlətin həyatında mühüm siyasi hadisə olduğu bildirərək, Azərbaycanda da bu gün mühüm bir proses yaşanıldığını vurğulayıb. O, YAP-ın namizədi Cənab İlham Əliyevin hazırda təbliğat kampaniyasının aparıldığını və son 15 ildə ölkə Prezidentinin məqsədyönlü siyasəti nəticəsində böyük uğurların əldə edildiyini qeyd edib: "Bu gün dinamik inkişaf edən ölkəmizin gücü və qüdrəti Cənab İlham Əliyev tərəfindən daha da möhkəmlənir. Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir". D.İbramxəlilov səsvermə hüququna malik olan seçiciləri fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Rayon şöbəsinin sədr müavini Nadirşah Şirinov, Samur qəsəbə seçiciləri adından Yaşar Behbudov, Elnarə Ayibova, Şirvanovka kənd seçiciləri adından Nazir Mürsəlov və Şəkərxan Sultanov çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətləndiyini və hər bir vətəndaş bunu öz sosial həyatında hiss etdiyini bildiriblər.
Görüşlərdə iştirak edən seçicilər, birmənalı olaraq, ən layiqli namizədə - İlham Əliyevə səs verəcəklərini əminliklə vurğulayıblar.

OĞUZ
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin təşviqat qrupunun üzvləri rayonun Qumlaq kəndində seçicilərlə görüş keçirib.
Tədbirlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov bildirib ki, son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan siyasət artıq öz bəhrəcini verib: "Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb."
"Ötən 15 ildə ölkəmizin qazandığı uğurlara diqqət yetirsək, bu gün Azərbaycanın iqtisadi inkişafının hansı mərhələdə olduğunu görərik. Cənab İlham Əliyevin son illərdə gördüyü işlər prezident seçkilərində qələbəsini şəksiz edib"-deyən YAP Mərkəzi Seçki Qəraragahının Oğuz rayon şöbəsinin sədri kəndlərdə insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılmış addımlardan söhbət açıb.
YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Emin Əzimli, Nizami Əhmədov, İradə Məmmədova və başqaları vurğulayıblar ki, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirməsinin məntiqi nəticəsidir. Daha sonra çıxış edənlər bildiriblər ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıb. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. Natiqlər bu uğurların davamlılığı üçün oğuzluları Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə Qumlaq kəndinin sakinlərindən Fəxrəddin Abbasov, Səfurə Salamova, Fərhad Kərimov və digərləri çıxış edərək, Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də, rayonda görülən işlərdən danışıblar. Seçicilər seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

QUBA
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Dünən rayon şöbəsi qrafikə uyğun olaraq Xaltan, Qonaqkənd, Rük, Yerfi inzibati-ərazi dairələrində görüşlər keçirib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsinin sədri Yusif Abidov, təbliğat qrupunun üzvləri Həsən Günəşli, Hüseyn Kərimov və Əhməd Baloğlanov iştirak ediblər.
YAP Quba rayon şöbəsinin sədri Y.Abidov çıxış edərək bildirib ki, hazırda ölkəmizdə mühüm bir siyasi hadisə yaşanır: "Bildiyiniz kimi, 11 aprel tarixində ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hazırda namizədlərin təbliğat kampaniyası davam etməkdədir. Ölkədə son illər əldə edilmiş nailiyyətlər göz önündədir. Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz, nəinki regionda, bütün dünyada sürətlə inkişaf etməkdədir. Azərbaycan, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib".
Y.Abidov əminlik ifadə edib ki, qubalılar aprelin 11-də keçiriləcək prezident seçkilərinə inamlı qələbələrlə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.
Daha sonra rayon Aqsaqallar Şurasının sədri Həsən Günəşli və Qonaqkənd ilk partiya təşkilatının sədri Bəxtiyar Məstanov çıxış edərək prezident seçkilərində Azərbaycanın işıqlı gələcəyinə və partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB