Bu gün Qobustan rayonunun Qurbançı kəndlində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin seçicilərlə görüşü keçirilib. Görüşü YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev açaraq, Prezident İlham Əliyevin 15 illik fəaliyyəti ilə bağlı məlunat verib, sosial-iqtisadi inkişafdan, siyasi sabitlikdən Ulu Öndər Heydər Əliyev dühasından bəhrələnən bugünkü qüdrətli Azərbaycandan, sabahkı firavan gələcəyimizə hesablanan ardıcıl siyasətdən danışıb. Füzuli Gülaliyev regionların sosial-iqtisadi inkişafından, Qobustan rayonunun günü-gündən böyüməsindən, abadlaşmasından, regionda füsunkar abad guşələrdən birinə çevrilməsindən söz açıb. Rayonun susuzluq problemi olan kənlərinə su xətləri çəkilişindən, kanalizasiya sisteminin istifadəyə verilməsindən, bütün kəndlərdə qazlaşma işlərinın başa çatmaq üzrə olmasından bəhs edən F.Gülaliyev parkların, meydanların, yeni inzibati binaların, uşaq bağçalarının, məktəblərın, yeni yolların istismara veriilməsini dövlət başçımızın regionlara, eləcə də, Qobustan rayonuna olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib.
Görüşdə çıxış edən təbliğatçı Yusif Quliyev Azərbaycan xalqını bəlalardan hifz edənin, məhz Cənab İlham Əliyev olduğunu vurğulayıb və əminliklə bildirib ki, xalqımız belə bir qətiyyətli lideri yenidən ölkəyə rəhbər seçəcəkdir.
YAP fəallarından Ənvər Əsədov çıxış edərək, qobustanlıları bu seçkidə də düzgün seçim etməklə Cənab İlham Əliyevə səs verməyə səsləyib.
Görüşlərdə çıxış edən Səftərov Cəmşid, Vəliyev Rafiq, İsgəndərov Ağasəf və digərləri, birmənalı tərzdə bildirdilər ki, 11 aprel 2018- ci ildə keçiriləcək prezident seçkilərində seçki məntəqələrinə gələrək güclü dövlət, xoşbəxt gələcək naminə Cənab İlham Əliyevə səs verəcəklər.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə