Nazir: "Məzunların təxminən 42 faizi iş əldə edə bilir" AÇIQLAMA

"Ali təhsil ocaqlarını bitirən məzunların orta hesabla 42 faizi əmək bazarında iş əldə edə bilirlər". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Caspian European Club çərçivəsində keçirilən forumda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu rəqəmlər biznes fəaliyyətinə başlayan sahibkarlara aid deyil: "Elə ali məktəb var ki, bu rəqəm daha yüksəkdir, eləsi də var ki, göstərici daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm də iqtisadiyyatdan, iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair olan sifarişi, həm də bilik səviyyəsinə dair olan məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz daha keyfiyyətli sifarişə cavab vermək iqtidarında olacaq. Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələr ortaya qoysun. Əmək bazarına daxil olan yaxşı mütəxəssislərin hazırlanması üçün illərlə vaxt lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə