Şəki-Zaqatala bölgəsindən 6 məzun Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən, 2025–2026-cı tədris ilində ali məktəblərə qəbul olmuş tələbələrə Prezident təqaüdü verilib. Həmin təqaüdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 6 məzunu layiq görülüb. Bu barədə SİA-nın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. O bildirib ki, təqaüdə layiq görülən məzunlardan 2-si Şəki rayonundandır. Qəbələ, Oğuz, Qax və Balakən rayonlarının hər birindən isə 1 tələbə Prezident təqaüdü qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə