Naxçıvanda 3000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub - FOTOLAR

Oktyabrın 1-dən ölkədə, o cümlədən Naxçıvanda 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, elektron sistem vasitəsilə iyunun 21-dən sentyabrın 12-dək Naxçıvanda, ümumilikdə, 146 ümumtəhsil məktəbi üzrə məktəbəhazırlıq qruplarına 206 qrupda 3000-dən artıq uşaq qəbul edilib.

Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə 2025-2026-cı tədris ili üzrə təsdiqlənən yeni tədris planına uyğun olaraq qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəblərinin qrupları üçün yeni say həddinin müəyyənləşdirilməsi Naxçıvanın ucqar dağ kəndlərində də uşaqların tədrisə cəlb olunmasına şərait yaradıb. Ötən tədris ilində məktəbəhazırlıq qrupu 138 ümumtəhsil məktəbində təşkil olunmuşdursa, cari tədris ilində artıq 146 məktəbdə hazırlıq qrupları fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə