17–21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib. SİA xəbər verir ki, beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.
Zəngin məzmunu ilə seçilən düşərgə iştirakçıların liderlik bacarıqlarının inkişafına, komanda ruhunun möhkəmlənməsinə və dövlətçilik dəyərlərinə sadiq gənclər kimi formalaşmasına mühüm töhfə verib. Bağlanış mərasimində isə iştirakçılara sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə