Bakı Türk Anadolu Liseyi Əhmədli Korpusunun açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Türkiyə Respublikasının Təhsil Nazirliyi tərəfindən inşası tamamlanan Bakı Türk Anadolu Liseyi Əhmədli korpusunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə rəsmi şəxslər, təhsil ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Yeni korpusun istifadəyə verilməsi Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin mərasimdə iştirak ediblər.

Açılış mərasimi şəhidləri və Uu Öndərin xatirəsinə hörmət duruşu və Dövlət Himnlərinin ifası ilə başlayıb. Daha sonra xalq folkloru nümayiş etdirilib.

Tədbirdə Təhsil Müşaviri Yurdagül Aydoğan, Türkiyə Respublikasının Bakıdakı Səfiri Birol Akgün, Türkiyə Respublikası milli təhsil naziri Yusuf Tekin və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər.

Mərasim çərçivəsində xatirə ağacı əkilib və lent kəsmə mərasimi keçirilib. Qonaqlar daha sonra məktəb korpusunu gəzərək yeni korpusun şərait və imkanları ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə