Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb. Bu barədə SİA-ya Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən məlumat verilib
Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə