Məktəbli formaları ilə bağlı şikayətlər operativ həll olunacaq

Valideynlər arasında məktəbli formalarının rənglərinin dəyişdirilməsi ilə bağlı şikayətlər var. SİA xəbər verir ki, bu barədə brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu problem yalnız bəzi məktəblərdə, yəqin ki, 2-3 məktəbdə müşahidə olunub: “Yeni dərs ilinin başlanmasına 3 gün qalmış belə məlumatların verilməsi artıq düzgün deyil. Problem yarandıqda nazirliyə bildirilməlidir. Bəzən ola bilər ki, direktor əvvəlcədən məlumat verib, amma yalnız bir neçə valideyn xəbər tutub – bu artıq həmin valideynin problemi hesab olunur. Əgər bu hal bütün məktəblərdə olarsa, bütün direktorlar çağırılaraq müvafiq tədbirlər görülməlidir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə