Gələcəkdə lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır
Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfəyə qədər artıb. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib.
Nazir qeyd edib ki, 2022-2023-cü tədris ilində 15 lisey və gimnaziya, 2023-2024-cü tədris ilində 32 lisey və gimnaziya, 2024-2025-ci tədris ilində 34 lisey və gimnaziya fəaliyyət göstərib. Yeni tədris ili üzrə ümumilikdə 39 lisey və gimnaziya fəaliyyət göstərəcək. Gələcəkdə bu tip müəssisələrin sayının artırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB