Məktəbli avtobusları layihəsi üzərində işlər davam edir

Məktəbli avtobuslarının yeni dərs ilindən tam şəkildə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirilib. SİA xəbər verir ki, bu barədə brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, layihə üzərində hazırda işlər davam etdirilir: “Bu avtobuslar özəl qaydada fəaliyyət göstərəcək və qərarı valideyn verəcək – övladını məktəbli avtobusu ilə göndərmək istəyir, ya yox. Avtobuslar ödənişli olacaq. Hazırda onların keyfiyyətinin və sayının artırılması istiqamətində işlər aparılır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə