Müəllimlər üçün vahid məktəbli geyimlərinin tətbiqi nəzərdə tutulmur - Nazir

"Hazırda müəllimlər üçün vahid geyim formasının tətbiqi nəzərdə tutulmur". SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, şagirdlər üçün vahid məktəbli geyimlərinin olması ilə bağlı qərar qüvvədədir, lakin pedaqoqlar üçün bu məsələ gündəmdə deyil.

“Hazırda müəllimlər üçün vahid geyim forması planlaşdırılmır. Onların geyim tərzi ilə bağlı tələblər mövcud Etik Kodeksdə öz əksini tapıb”, – deyə nazir media nümayəndələrinin sualına cavabında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə