Elm və təhsil naziri Emin Əmrullayev 26 sentyabr tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə