Bu il ali təhsil müəssisələrinə qəbul planı 96,27 % dolub. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.
Onun sözlərinə görə, bu il universitetlərə tələbə qəbulu 2 minə yaxın artıb:
"Bu, yüksək göstəricidir. Belə ki, I qrup üzrə 92,25 %, II qrup üzrə 98,12 % qrupda, III qrup üzrə 99,8%, IV qrup üzrə isə 95,39 % plan yeri dolub. Bundan başqa, V ixtisas qrupu üzrə 96,84 % plan yeri dolub".
Bütün xəbərlər Facebook səhifəmizdə