Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatının vaxtı

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesinə 21 avqust saat 11:00-da start veriləcək. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Namizədlər https://portal.edu.az/platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə