Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

2025–2026-cı tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Latviyada təhsil almaq hüququ qazanıb. Bu barədə SİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, seçim nəticəsində müəyyənləşdirilən tələbələr Latviya Respublikasının “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” və digər nüfuzlu ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alacaqlar.

Qeyd edək ki, bu təqaüd proqramında iştirak edən 23 ölkə arasında Azərbaycan tələbələri say çoxluğuna görə ilk üçlükdə yer alıb. Bu, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından fəal istifadə etdiyini və xaricdə uğurla təmsil olunduğunu göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə