2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
SİA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3617, rus bölməsi üzrə 360 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4732 plan yeri ayrılıb. Bu yerlərdən 3578-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Xatırladaq ki, 2024/2025-ci tədris ilində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üçün 4600 plan yeri ayrılmış, həmin yerlərdən 3135-i dövlət sifarişi əsasında olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə