MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. SİA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Ümumilikdə isə müsabiqə üzrə 3 958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə