Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.
Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:
- Kaliforniya Universiteti, Berkeley – 16 nəfər
- Kolumbiya Universiteti– 14 nəfər
- Con Hopkins Universiteti– 8 nəfər
- Stanford Universiteti– 4 nəfər
- Çikaqo Universiteti – 4 nəfər
- Karnegi Mellon Universiteti– 4 nəfər
- Yel Universiteti– 4 nəfər
- Miciqan Universiteti – Enn Arbor– 3 nəfər
- Massaçusets Texnologiya İnstitutu– 2 nəfər
- Kaliforniya Universiteti - Los Anceles – 2 nəfər
- Manhattan Musiqi Məktəbi– 2 nəfər
- Pensilvaniya Universiteti– 2 nəfər
- Harvard Universiteti– 1 nəfər
- Dyuk Universiteti– 1 nəfər
Dövlət Proqramı çərçivəsində ABŞ-da 2022/2023-cü tədris ilində 26 nəfər, 2023/2024-cü tədris ilində 51 nəfər, 2024/2025-ci tədris ilində 109 nəfər təhsil alıb.
Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dakı universitetlərə qəbul olub.
Bütün xəbərlər Facebook səhifəmizdə