Cəlilabad rayonunda fəaliyyət göstərən məktəb-liseyin statusu dəyişdirilib. Bu barədə SİA-ya Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin statusu dəyişdirilərək liseyə çevrilib.
Qeyd edək ki, liseyə qəbul avqustun 16-17-də VII-IX siniflər üzrə aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə