Ali Məhkəmə işdən çıxarılan məktəb direktorunun iddiasını təmin etməyib

Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın iddiasını təmin etməyib. Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd edilib ki, Gülsəfa Abbasova ötən il sözügedən məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə