Naxçıvanda təhsil sahəsi üzrə 14 nəfər vəzifəyə təyin olunub

Naxçıvanda təhsil sahəsi üzrə 14 nəfər vəzifəyə təyin olunub

Muxtar respublikada ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə keçirilən müsabiqə yekunlaşıb. Nazirliyin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə 25 vakant vəzifə çıxarılıb. Hər iki vəzifə üzrə uğur qazanan 14 namizəddən 8-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 6-sı isə sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə