Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti yaradılıb

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti yaradılıb

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Nazirlikdən SİA-ya bildirilib ki, vətəndaşlar 146 – 9 xətti vasitəsilə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na dair suallarına cavab ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə