Tətildən sonra ilk dərs gününün tarixi açıqlanıb

Beşgünlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü martın 27-də, altıgünlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü martın 26-də olacaq. Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, qrafik Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 447 nömrəli Qərarına əsasən tənzimlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə