Dövlət İmtahan Mərkəzi tərəfindən 14 aprel 2024-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. DİM-dən SİA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat 18 mart saat 15:00-dan 1 aprel saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. Namizədlər üçün 3000 yer ayrılıb.
İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidmətivasitəsilə öyrənə bilərlər.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;
“Namizədin yaddaş kitabçası” - kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Xəbər lenti
Putinin ovucunda inyeksiya izi tapılıb…
Dünya 19:26Ruslar arasında narazılıq artır...
Dünya 19:07Reuters: Rusiya neft strategiyasının uğursuzluğunu etiraf edir...
İqtisadiyyat 18:51"Neftçi" Kenan Piriçlə yollarını ayırıb
İdman 18:44Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Siyasət 18:15Məktəbə gedən uşağın qidalanması necə olmalıdır?
Sosial 17:25Ermənistan çoxqütblü dünyanın harasındadır? - RAKURS
Siyasət 15:56Laparoskopik fundoplikasiya əməliyyatı
Səhiyyə 14:53Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Mədəniyyət 10:15Birjalarda neft bahalaşıb
İqtisadiyyat 09:23Dünya bazarında qızıl və gümüşün qiyməti azalıb
İqtisadiyyat 09:14Sumqayıtda oğul atasının evini yandırıb
Hadisə 03:32Voleybol millimiz Türkiyə yığmasına uduzdu
İdman 03:04Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edilib
İqtisadiyyat 00:03Sabah bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
Sosial 1 Sentyabr 23:31Hörmüz boğazı bağlanıb - İrandan AÇIQLAMA
Dünya 1 Sentyabr 23:19"ABŞ dərin peşman olacaq" - SEPAH- dan bəyanat
Dünya 1 Sentyabr 23:03"Bu bizə qarşı təhdid deyil" - İrandan AÇIQLAMA
Dünya 1 Sentyabr 22:31Fatih Tekke "Trabzonspor"dan getdi
İdman 1 Sentyabr 22:19Almaniyada 13 mindən çox sakin bombaya görə təxliyə olunacaq
Dünya 1 Sentyabr 22:02ABŞ Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib - TƏCİLİ
Dünya 1 Sentyabr 22:02Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...
Şou-Biznes 1 Sentyabr 21:51Altı il ərzində qadına düzgün diaqnoz qoya bilməyiblər...
Səhiyyə 1 Sentyabr 21:28Kiyevdə Ukrayna brendlərinin 70-dən çox loqosu nümayiş olunacaq...
Dəb 1 Sentyabr 21:06Maykl Cordanın Ferrari avtomobili 24 ildən sonra bazara qayıdıb...
Texnologiya 1 Sentyabr 20:49Belarusda çağırışçılar hərbi xidmətə çağırılır...
Dünya 1 Sentyabr 20:26ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər…
Dünya 1 Sentyabr 20:07Z-təbliğatçısı Kiselevin efirdən niyə çıxarıldığı məlum oldu...
Dünya 1 Sentyabr 19:48Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib
Siyasət 1 Sentyabr 19:45Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib
Dünya 1 Sentyabr 19:32Rusiya hakimiyyəti hər hansı ciddi problemi açıq şəkildə inkar edir
Dünya 1 Sentyabr 19:27Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Siyasət 1 Sentyabr 19:17Deutsche Welle: Rusiya xuntaya yalnız qısa müddətdə kömək edə bilər
Dünya 1 Sentyabr 19:05Mərdəkan və Qalanın bəzi ərazilərində qaz olmayacaq
Sosial 1 Sentyabr 18:54Nyu-York qubernatorunun hicabı ABŞ-da mübahisələrə səbəb olub...
Dünya 1 Sentyabr 18:49BMT-nin səmərəliliyinin artırılması üçün səylər göstərmək lazımdır
Dünya 1 Sentyabr 18:32İşləri tələsdirmə, Vova…
Dünya 1 Sentyabr 18:27Qoşulmama Hərəkatı beynəlxalq səsini daha da gücləndirməlidir
Siyasət 1 Sentyabr 18:15The Economist: Putin ətrafına asılacağını deyib...
Dünya 1 Sentyabr 18:05Kiçik knyazlıqdan dünyanın ən böyük dövlətinə - TARİX
Dünya 1 Sentyabr 17:53Humanitar minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib
Siyasət 1 Sentyabr 17:52Qabriel Jezus rəsmən “Barselona”da
İdman 1 Sentyabr 17:36ADY dəmir yolu xətlərini ayda iki dəfə “ağıllı” qatarla yoxlayır
Sosial 1 Sentyabr 17:31Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub
Siyasət 1 Sentyabr 16:52Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub
Siyasət 1 Sentyabr 16:50Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Siyasət 1 Sentyabr 16:45Mənzil kreditlərinin daha əlçatan olması üçün hansı addımlar atılmalıdır? - EKSPERT AÇIQLADI
Sosial 1 Sentyabr 16:43Azərbaycan Avrasiyanın aparıcı ölkələrindən biridir -HULUSİ KILIÇ
Siyasət 1 Sentyabr 15:58Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib
Siyasət 1 Sentyabr 15:43Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB
Siyasət 1 Sentyabr 15:35Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib -YENİLƏNİB
Siyasət 1 Sentyabr 15:31İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib
Siyasət 1 Sentyabr 15:28Kiyev vilayətində Rusiya zərbəsi nəticəsində 37 nəfər ölüb
Dünya 1 Sentyabr 15:20Çin Tayvana xəbərdarlıq etdi
Dünya 1 Sentyabr 15:16Fransada Makronu əvəz edəcək prezident uğrunda mübarizə qızışır
Dünya 1 Sentyabr 15:12“Kənd təsərrüfatında əsas məsələ təkcə torpaq deyil, satış kanallarının yaradılmasıdır” - İQTİSADÇI
İqtisadiyyat 1 Sentyabr 15:04“Bu gün Azərbaycan və Ermənistanın dialoq mövzuları tamamilə aydındır” - ŞƏRH
Siyasət 1 Sentyabr 15:00Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9680
-0,25%
-
GBP
2,2944
-0,34%
-
RUB
1,9551
-0,76%



