"Seçiləcək ixtisasın gələcək proqnozları araşdırılmalıdır” - TƏHSİL EKSPERTİ DANIŞDI
“Pandemiyadan sonra dünyanın elm və təhsil sahəsi ciddi şəkildə dəyişib. Xüsusən texniki və texnoloji ixtisaslara maraq və əmək bazarında ehtiyac ciddi şəkildə artıb. Bu gün Azərbaycanda informasiya, qida təhlükəsizliyi, kənd təsərrüfatı ilə bağlı olan ixtisaslar diqqəti cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, artıq alternativ enerji üzrə ixtisaslar abitruyentlər tərəfindən marağa səbəb olur: “Təbii ki, bu da olduqca müsbət haldır. Bizim gənclərimiz əvvəllər yüksək balla ali məktəbə qəbul olsalar belə, daha sonra iş tapmaqda çətinlik çəkirdilər. Bu gün isə həm dövlət, həm də özəl sektorda İKT bacarıqları yüksək olan gənclərə üstünlük verirlər.
Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi və Qarabağ ərazisində infrastruktur layihələr həyata keçirilir və yüksək bilik, bacarıqları olan gənclərə ehtiyac duyulur. Bu o deməkdir ki, ali məktəblər yeni kadr hazırlığı həyata keçirməlidirlər. Əsas məqsəd hazırlanan kadrların özlərinə iş tapa bilməsi olmalıdır. Statistikaya əsasən məzunların cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Bu onu göstərir ki, ali məktəblərin dövrün tələbinə uyğun kadr hazırlamaq imkanları olduqca məhduddur. Bu gün Azərbaycan universitetləri uyğun olaraq əmək bazarı ilə işləmirlər.
İxtisas seçimi isə çox vacib məsələdir. Çünki şəxsin gələcək kariyera və maddi rifah problemini həll edən məsələdir. Birmənalı olaraq gələcək ixtisaslar içərisində tibbin öz aktuallığını qoruyub, saxlayacağını bilirik. Kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya və proqram təminatı sahələri daha çox ön plana çıxacaq. Bəzi ixtisaslar isə süni intellekt nəticəsində sıradan çıxmağa başlayacaq. Buna görə də ixtisas seçimi zamanı diqqətli olmalı, seçiləcək ixtisasın gələcək proqnozları araşdırılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB