8 mart Beynəlxalq Qadınlar Bayramı günündə ziyalı, tanınmış xanımlarımızı tanıtdırmaqımız yerinə düşər. Əsrlər boyu Azərbaycan xalqının qəhrəman, mərd, cəsur, ziyalı, alim qadınları sözlərini demiş və yaradıcı fəaliyyətləri ilə millətimizə xidmət göstərmişdilər. Bu gündə belə qadınlarımız kifayət qədərdir. Ölkəmizin ictimai, siyasi, mədəni həyatında xanımların rolu böyükdür. Gender bərabərliyinin bu bir nümunəsidir. Bu gün söz açacağımız xanım Həsənova Vahidə Ramil qızıdır.
SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Vahidə xanım 18 ildir Şirvan şəhərində yerləşən və fəaliyyət göstərən Fizuli rayonun 10 saylı tam orta məktəbində coğrafiya fənnini tədris edir. Vahidə xanım ziyalı ailədə dünyaya göz açıb. Ata və anası pedaqoqdurlar. 1995-ci ildən Şirvan şəhərində məciburi köçkün olaraq məskunlaşıblar. O zaman Vahidə müəllimənin 20 yaşı olub və mükəmməl ali təhsil alaraq yüksək biliyə yiyələnib. Hal hazırda Şirvan şəhərində yerləşən məciburi köçkünlər üçün dövlət tərəfindən salınmış qəsəbədə gələcəyimiz olan övladlarımızın təlim, tərbiyəsi və təhsil almaları üçün çalışır. Keşməkeşli ömür yolu keçmiş Vahidə xanıma gələcək fəaliyyətində uğurlar arzulayırıq.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB