2023-cü ildə müvafiq Dövlət reyestrində 3145 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 2541 ədədi milli, 604 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, 2022-ci ildə müvafiq Dövlət reyestrində qeydiyyata alınmış 2927 əmtəə nişanından 2208-i milli, 719-u isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. 2022-ci illə müqayisədə əmtəə nişanlarının qeydiyyata alınmasında 218 ədəd, milli fiziki və hüquqi şəxslərdə 333 ədəd artım olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB