“Gender bərabərliyi pozulub, müəllimlərin əksəriyyəti qadınlardır” - Məleykə Abbaszadə

“Kimisə peşə seçməyə məcbur etmək düzgün yol deyil. Çox ciddi maarifləndirmə işləri aparılmalıdır ki, gənc oğlanlar da müəllimlik peşəsini seçsinlər”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, məktəblərdə peşəyönümlü maarifləndirmə işləri aparılmalıdır: “Gender bərabərliyi pozulub, müəllimlərin əksəriyyəti qadınlardır. Amma məktəb direktorlarının əksəriyyəti kişilərdir. Dövlət Qulluğu imtahanlarından da görürük ki, təhsil sahəsində rəhbər vəzifədə kişilərin sayı daha çoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə