“Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modeli təqdim olunur - YENİLƏNİR

Dövlət İmtahan Mərkəzində “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” və “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinin təqdimatına həsr olunan tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə