"FİRST Lego League Challenge 2024" turniri keçirilir - YENİLƏNİR - FOTOLAR

"FİRST Lego League Challenge 2024" turniri keçirilir - YENİLƏNİR - FOTOLAR

Turnir "FLL challenge 2024" Azərbaycan turniridir.

SİA xəbər verir ki, turnirdə 10-16 yaş arası şagirdlər iştirak edirlər.

Müsabiqə Bakı Türk Anadolu liseyində təşkil olunub. Onu da qeyd edək ki, yarışmalara Bakı Türk Anadolu liseyi ilə yanaşı Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ev sahibliyi edir.

Ümumi ölkə turnirinin finalına 43 komanda keçib. Turnirin qalibi ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Milli Texnologiya Həmləsinin bir parçası olaraq gördüyümüz bu müsabiqələr Türkiyə-Azərbaycan təhsil münasibətlərində önəmli yer tutur.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə