Sosial şəbəkədə müəllimləri təhqir edən müəllimlə bağlı açıqlama

Gəncə-Daşləsən Regional Təhsil İdarəsindən verilən rəsmi açıqlamaya görə son zamanlar sosial şəbəkə hesablarında müəllimlər haqqında qeyri-etik paylaşımlar edən Günay Məmmədova Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər 1 saylı musiqi məktəbinin pianino müəllimidir. Gəncə şəhər 1 saylı musiqi məktəbi həmin müəllimin əsas iş yeridir. SİA xəbər verir ki, Günay Məmmədova 2022-ci ildə MİQ müsabiqəsində iştirak edərək əlavə iş yeri kimi Göygöl rayon Bənövşəli kənd tam orta məktəbində 5 saat musiqi dərsi ilə təmin edilmişdir.

Günay Məmmədova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə dəvət olunmuş , onunla söhbət aparılmış, ona müəllimlər haqqında qeyri-etik paylaşımların edilməməsi, onlara qarşı loyallığın qorunması və bu kimi digər məsələlərlə bağlı xəbərdarlıq edilmişdir.

Əlavə olaraq bildiririk ki, müəllimlər haqqında alçaldıcı və ya qeyri-etik paylaşımların edilməsi, qeyri-etik sözlərin deyilməsi yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə