"Abituriyentlərin çətinlik çəkdikləri qəbul imtahanlarıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu il buraxılış imtahanlarında o qədər də çox dəyişiklik olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Təhsil eksperti deyib ki, əsasən, abituriyentlərin çətinlik çəkdikləri qəbul imtahanlarıdır: "Çünki buraxılış imtahanlarında qaydalarda bir o qədər dəyişiklik olmur. Neçə ildir ki, eyni qaydalar davam edir. Ancaq qəbul imtahanlarında isə fərqlidir. Qəbul imtahanlarında bir neçə il əvvəl 1 və 3-cü qruplar arasında dəyişiklik olmuşdu. Keçən ildən etibarən 1-ci qrupda dəyişiklik oldu. Bu dəyişikliyə görə də həmin qrupların ballarında çoxunda enmələr müşahidə etdik. Ancaq az qismində isə qalxmalar müşahidə edə bildik.

Pandemiyanın üzərindən xeyli vaxt keçib. Hazırda 11-ci sinifdə təhsil alan abituriyentlərimiz həmin vaxtı təxminən 7-ci sinifdə oxuyurdular. Hazırda bizim builki abituriyentlərin yüksək bal toplaması əvvəlki illərə nisbətdə daha çox ola bilər. Çünki bu abituriyentlər pandemiya vaxtı 9, 10, 11-ci siniflərdə oxumadıqları üçün daha yaxşı hazırlaşaraq buraxılış və qəbul imtahanlarında da yüksək nəticə göstərə bilərlər.

İmtahanın ikimərhələli keçirilməsi, əlbəttə ki, abituriyentlər üçün çox gözəl şansdır. Çünki 1-ci imtahandan toplayacaqları nəticə onlarda nələrə daha çox diqqət etmələri lazım olduğu barədə müəyyən fikirlər oyadıb, müəyyən nəticələrə gətirəcək. Çünki ola bilər ki, birinci imtahanda həyəcan, yaxud da sürüşdürmə prosesi ola bilərsə, ikinci imtahana daha təcrübəli şəkildə qoşula bilərlər. İnşallah nəticələri də daha yaxşı olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə