“Gənclər karyera planlaması istiqamətində ciddi problemlər yaşayırlar” - EKSPERT FİKRİ
“Hazırda bizim orta məktəblərimizdə təhsil alan şagirdlər çox təəssüf ki, karyera planlaması istiqamətində çox ciddi problemlər yaşayırlar. Belə ki, həm gələcək ixtisaslarla bağlı təsəvvürlərin zəif olması, həm də informasiya azlığı bu istiqamətdə onlar üçün ciddi problemlərə yol açır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən gənclər daha çox topladıqları ballara uyğun şəkildə ixtisas seçirlər: “Bəzən abitruyentlər az bal topladıqda məhz ali təhsil müəssisəsinə qəbul olmaq prinsipini əsas götürərək, qəbul olduqları ixtisasın bir o qədər də mahiyyətinə varmırlar. Sonradan isə əllərində diplom olan işsiz insan kütləsinə çevrilirlər. Hətta bununla bağlı konkret rəqəmlər də var ki, ali məktəblərə qəbul olanların 42 faizi öz ixtisası üzrə işləyə bilir.
Karyera planlaması zamanı əmək bazarını araşdırmalı və seçəcəkləri ixtisasın gələcək üçün nə qədər vacib və yararlı olduğunu öyrənməlidirlər. Gənclər isə əmək bazarında araşdırma aparmadan, sırf ali təhsil diplomu əldə etmək üçün istənilən ixtisasla razılaşırlar. Lakin bu gələcəkdə insanların işsizlik problemi yaşamasına səbəb olur. Buna görə də ixtisaslar araşdırılaraq seçilməlidir, toplanan bala uyğun olaraq deyil.
Həmçinin valideynlər öz istəklərindən daha çox, övladlarının bilik və bacarıqlarının nəyə uyğun olduğunu araşdırmalıdırlar. Hətta Dövlət İmtahan Mərkəzi abitruyentlər üçün ixtisaslarla bağlı məlumat kitabçası çap etməli və ixtisasların perspektivləri göstərilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB