“Süni intellektin inkişafı müəllim əməyini ciddi şəkildə ikinci plana salacaq” - EKSPERT DANIŞDI

“Süni intellektin inkişafı müəllim əməyini ciddi şəkildə ikinci plana salacaq” - EKSPERT DANIŞDI

“Pandemiyadan sonra texnologiya sahəsində kifayət qədər ciddi dəyişikliklər oldu. Artıq dünyanın bir sıra ölkələrində informasiya texnologiyaları tədrisin təşkilinə cəlb edilməyə başlandı. Bizim onlayn qaydada tədrisin təşkili ilə bağlı o qədər də təcrübəmiz yox idi, lakin bunu uğurla tətbiq edə bildik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, süni intellekt dünyada çox sürətlə inkişaf edir: “Hətta elmi məqalələrin yazılması, tədrisin təşkilində süni intellektin yaratdığı imkanlardan istifadə olunur. Süni intellektin inkişafı müəllim əməyini ciddi şəkildə ikinci plana sala biləcək. Azərbaycan təhsilinə də süni intellekt öz təsirini göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə