“Məqsədli və prinsipial olmaq gəncləri uğura aparacaq” - EKSPERT DANIŞDI
“Karyera planlaması bu gün bütövlükdə gəncləri düşündürən, narahat edən bir məsələdir. Karyerada irəliləyiş etmək üçün ilk növbədə insan öz bacarıqlarını yaxşı bilməli və ürəkdən sevdiyi işi görməyə başlamalıdır. Əgər gənc özündə o potensial görürsə, həmin işin ardınca getməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, karyerada yüksəliş əldə etmək üçün lazımi bilik və bacarıqlara yiyələnmək lazımdır: “Əks halda karyerada uğur qazanmaq mümkün olmaz. Bu baxımdan gənclər ilk növbədə arzuladıqları işdə uğur qazanmaq üçün çalışmalıdırlar. Həmçinin məqsədli, prinsipial olmaq gəncləri uğura aparacaq. Gənclər məqsədlərinin doğru olduğuna əmindirlərsə, bu zaman karyerada uğur qazanmaq üçün ardıcıl olaraq çalışmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB