Türkiyə-Azərbaycan Universitetinə qəbul nə vaxt başlayır? - RƏSMİ

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır. SİA xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.

Nazirin müşaviri hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq. İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır.

O qeyd edib ki, ixtisas sayı gələcək üçün artırılacaq.

"Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək", - Nicat Məmmədli deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə