ABŞ səfiri ADA-nın rektoru ilə təhsil sahəsində əməkdaşlığı müzakirə edib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşüb. SİA xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Səmimi qəbula və maraqlı söhbətə görə rektor H.Paşayevə və onun komandasına təşəkkür edirəm. ADA Universiteti ilə daha çox akademik mübadilə və əməkdaşlığı səbirsizliklə gözləyirik", - səfir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə