"Magistratura təhsili ixtisas üzrə biliklərin dərinləşdirməsinə və professionallaşmasına xidmət edir. Magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır". SİA-ya açıqlamasında Elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
.jpg)
Onun sözlərinə görə, şəxs öz sahəsini inkişaf etdirmək və mütəxəssis olmaq üçün magistr təhsili almalıdır: "Həmçinin akademik fəaliyyətlə məşğul olmaq, eləcə də universitetdə pedaqoq kimi çalışmaq üçün təhsilin bu pilləsini bitirmək vacibdir. Bəzi hallarda isə tələbələr ixtisasını dəyişmək üçün magistr təhsilinə üz tuturlar. Bundan başqa, dövlət qulluğu və digər vəzifələrdə rəhbər kimi çalışmaq üçün magistr tələb kimi qoyulur. Başqa sözlə, vəzifə və maaş artımı baxımından da, magistr təhsilinin önəmi böyükdür.
Müşahidələrim göstərir ki, magistr təhsil pilləsini başa vurmuş gənclərin çoxu növbəti pillələrə baş vurmurlar. Belə olan halda, haqlı sual ortaya çıxır: Əgər bakalavr təhsilini davam etdirmək istəmirsə və bu istiqamətdə xüsusi bir planı yox idisə, əlavə 2 il magistratura üzrə təhsil almaq nəyinə lazım idi? Bakalavrlar bəzən isə daha iki il “oxumaq”, hərbi xidmətdən möhlətini iki il də uzatmaq üçün təhsilin bu pilləsinə üz tuturlar. Zərurət və ya “bəhanələr”dən asılı olmayaraq, magistratura üzrə təhsil almağın mənfi tərəfləri ola bilməz. Həyatın hansısa mərhələsində ali təhsilin bu səviyyəsi qarşımıza baryer kimi çıxır. Bu baxımdan magistr təhsili təbliğ edilməli, bu istiqamətdə gənclərin təhsil almaları vacib hesab edilməklə yanaşı, müsbət qiymətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB