“Magistratura pilləsinə qəbulla bağlı dövlət planı artırılır“ - EKSPERT DANIŞDI

“Magistratura təhsilinə həvəsin artmasının arxasında Azərbaycan gənclərinin təhsil almaq istəyi dayanır. Magistraturaya 20 min bakalavr məzununun müraciət etməsi, həm də rəqabət mühiti formalaşdıraraq, daha savadlı gənclərin yetişməsində mühüm rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O bildirib ki, magistratura pilləsinə qəbulla bağlı dövlət planı artırılır: “Dövlət vətəndaşlarının keyfiyyətli təhsil almasında maraqlıdır. Bunun üçün bütün imkanlar səfərbər edilir.

Magistr təhsili bakalavr təhsilindən daha dərindir və belə olan halda gənclər daha dərin biliklərə yiyələnmiş olurlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə