"Universitetlərin əməkdaşlıqları mühüm yer tutur" - TƏHSİL EKSPERTİ

"Universitetlərin əməkdaşlıqları mühüm yer tutur" - TƏHSİL EKSPERTİ

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti son üç il ərzində beynəlxalq reytinqini kifayət qədər yüksəldib. Həmçinin müvafiq ixtisaslar üzrə həm neft, həm də sənaye sahəsi üçün son dövrlərdə ciddi kadr hazırlığı həyata keçirilib. Digər tərəfdən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris ingilis dilində olan ixtisaslarına yüksək balla abitruyentlər qəbul olurlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, təhsil verən mərkəzlə tədqiqatla məşğul olan mərkəzin müqavilə imzalaması, əməkdaşlıq etməsi kifayət qədər yaxşı haldır: "Bunun nəticəsində məzunlar əmək bazarında təcrübə keçə biləcəklər, həmçinin tutumlu tədqiqatlar həyata keçiriləcək. Çox təəssüf ki, təhsil müəssisələrimiz elmi tədqiqat mərkəzləri ilə sıx əlaqədə deyillər. Amma Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə əməkdaşlıq etməsi universitetin məzunlarının istehsalat praktik təcrübələrinin artmasına təkan verəcək. Bu gün universitetlərin beynəlxalq reytinqinə təsir göstərən amillər sırasında universitetlərin əməkdaşlıqları da mühüm yer tutur. Bu gün universitetlərimizin elmi tədqiqat mərkəzləri ilə sıx əlaqə yaratmaqları olduqca vacib amildir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə