Prezident mükafatçılarından 3-ü BDU-nun tələbə və məzunudur

Prezident mükafatçılarından 3-ü BDU-nun tələbə və məzunudur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib. BDU-dan SİA-ya verilən məlumata görə, onlardan 3-ü – Gülnar Abdullayeva 2016-cı ildə BDU-nun Biologiya, Ulucay Məmmədov 2019-cu ildə Jurnalistika fakültələrini bitirib, Pərviz Mirələmli isə hazırda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.

Tələbə və məzunlarımızla fəxr edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə