"Bu səfər Azərbaycan və Türkiyə əlaqələrinə, təhsilinə öz müsbət töhfələrini verəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu səfər  Azərbaycan və Türkiyə əlaqələrinə, təhsilinə öz müsbət töhfələrini verəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Türkiyənin təhsil naziri professor Yusuf Tekinin Azərbaycana işgüzar səfəri olacaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

İlqar Orucov bildirib ki, Azərbaycan və Türkiyə arasında iki dost, müttəfiq, qardaş dövlətlər olaraq münasibətlər mövcuddur: "Hər iki dövlət arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Eyni zamanda bu əməkdaşlıq münasibətləri həm də elm, təhsil sahəsində də mövcuddur. Türkiyənin təhsil naziri professor Yusuf Tekinin yanvarın 30-31-də Azərbaycana səfəri Azərbaycan və Türkiyə dövlətləri arasında təhsil əlaqələrinin inkişafına yönəlmiş səfərlərdən biri olacaq. Türkiyənin təhsil nazirinin Azərbaycana səfərləri olub. Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin səfəri, qarşılıqlı səfərlər həmişə olub. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olan yüksək dostluq, əməkdaşlıq münasibətləri təhsil sahəsində də mövcuddur".

O, əlavə edib ki, hər səfər bu münasibətlərin inkişafına xidmət edir: "Hər səfər əməkdaşlıqda yeni perspektivlər açır. Düşünürəm ki, bu səfər də Azərbaycan və Türkiyə əlaqələrinə, təhsilinə öz müsbət töhfələrini verəcək. Azərbaycan və Türkiyə arasında bir neçə istiqamətdə əməkdaşlıq çərçivəsində birgə layihələr gerçəkləşdirilir. Həm də perspektivdə təhsil münasibətlərinin inkişafına yönəlmiş bir sıra planlar mövcuddur. Hesab edirəm ki, bu səfər Türkiyə Təhsil nazirinin Azərbaycana səfəri əvvəlki səfərlərdə olduğu kimi yenə yadda qalacaq. Bu dəfə də iki qardaş dövlətin təhsil qurumları arasında münasibətlərin daha da dərinləşməsi, inkişaf etməsi Azərbaycan-Türkiyə təhsil istiqamətində mübadilə işinə töhfə verəcəkdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə