“İmtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolu, gördükləri işin məsuliyyəti, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətləri əvəzedilməzdir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Sədr qeyd edib ki, DİM tərəfindən ötən il 40 müxtəlif növ imtahan keçirilib və bu imtahanlarda 600 mindən artıq şəxs iştirak edib: “Elektron xidmətlərimizdən istifadə sayı 11 milyondan çox olub. 62 mindən artıq şəxs (eyni adamın bir neçə dəfə iştirakı nəzərə alınmaqla) imtahan nəzarətçisi, imtahan rəhbəri və buraxılış rejimi əməkdaşı qismində imtahanlara cəlb olunub”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB