İmtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırılır - YENİLƏNİR

İmtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırılır - YENİLƏNİR

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilir. SİA xəbər verir ki, iştirakçılar görüşdən öncə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.

Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə