TƏCİLİ!!! Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ - MÜSAHİBƏ BAŞLADI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir. BŞTİ-dən SİA-ya verilən məlumata görə, test imtahan mərhələsində uğur qazanan (35 və daha çox bal toplayan) və 12 dekabr 2023-cü il tarixinədək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunurlar.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək.

Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə