"Qanunda gəncləri düşündürən məsələlər öz əksini tapıb" - DEPUTAT DANIŞDI
“Milli Məclisin Elm və Təhsil Komitəsinin 2024-cü ilin yaz sessiyasında “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Əslində qanun layihəsi üzərində uzun zamandır ki, səmərəli işlər gedir. Qeyd etmək lazımdır ki, qanun layihəsinin müzakirəsi zamanı ölkənin ali məktəb rəhbərləri, elm və təhsil nazirliyinin nümayəndələri, mütəxəssis və ekspertlər iştirak etmiş, bütün təkliflər nəzərə alınaraq mükəmməl qanun layihəsi hazırlanmışdır. Həmçinin bu vaxta qədər Azərbaycanda “Ali təhsil haqqında” qanun yox idi. Ali təhsillə bağlı məsələlər məhz təhsil qanunda öz əksini tapırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, qanunda bütün Azərbaycan gənclərini düşündürən məsələlər öz əksini tapıb: “Təhsilin pillələri, dissertasiya müdafiəsinin neçə pillədən ibarət olması kimi mühüm məsələlər öz əksini tapıb. Təkliflərin əksəriyyəti isə dissertasiya müdafiəsinin bir mərhələli olması yönündə idi.
“Ali təhsil haqqında” qanunda ali məktəblə bağlı aktual olan bütün məsələlər öz əksini tapıb. Elm və Təhsil Komitəsinin üzvü kimi deyə bilərəm ki, Milli Məclisin sədri səviyyəsində qanunun mükəmməl şəkildə hazırlanması üçün hər cür dəstək verilib. Əminəm ki, plenar iclasdan sonra qanun layihəsi səsvermədə uğur qazanacaq və Azərbaycanda ali təhsil sahəsində ən uğurlu qanunlardan biri kimi fəaliyyət göstərəcək. Qeyd etmək lazımdır ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsinə müraciət edilmiş, lakin Azərbaycan xalqının xarakterindən doğan məsələlər də qanunda öz əksini tapmışdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB